TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrinin adları dəyişdirilib.
TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, mərkəzin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.
Adları dəyişdirilən tibb müəssisələri | ||||
№ | Rayon | Tibb müəssisəsinin əvvəlki adı | Tibb müəssisəsinin yeni adı | Ünvan |
Binəqədi rayonu | 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri | 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri | 8-ci mkr., Nizami Nərimanov küç. 3 | |
9 nömrəli Qadın Məsləhətxanası | 6 nömrəli Qadın Məsləhətxanası | Azadlıq pr. 200 | ||
Xətai rayonu | 10 nömrəli Qadın Məsləhətxanası | 4 nömrəli Qadın Məsləhətxanası | Gəncə pr. 13 | |
Xəzər rayonu | 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Buzovna qəsəbəsi, Ruhulla Axundov küç. 2 | |
29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Binə qəsəbəsi, Fuad Aynulov küç., döngə 56 | ||
9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | Mərdəkan qəsəbəsi, Zulkayda Zulkaydayev küç. 15 | ||
7 nömrəli Vərəm Əleyhinə Dispanser | 6 nömrəli Vərəm Əleyhinə Dispanser | Buzovna qəsəbəsi Heydər Eyvazov küç. 24 | ||
Qaradağ rayonu | 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küç. 39 | |
Nərimanov rayonu | Respublika Uşaq Stomatoloji Mərkəzi | 5 nömrəli Uşaq Stomatoloji Poliklinikası | Təbriz küç. 172 | |
Nəsimi rayonu | 29 nömrəli Şəhər Poliklinikası | 4 nömrəli Tələbə Poliklinikası | Abbas Səhhət küç. 41A | |
Nizami rayon | 11 nömrəli Uşaq Vərəm Xəstəxanası | 1 nömrəli Uşaq Vərəm Xəstəxanası | 8-ci km, Məmmədəli Şərifli küç. 161 | |
Sabunçu rayonu | 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Ramana kəndi, Əbdürrəhim bəy Haqverdiyev küç. 1 | |
22 nömrəli Uşaq Poliklinikası | 18 nömrəli Uşaq Poliklinikası | Bakıxanov qəsəbəsi Murad Nağıyev küç. 40\6 | ||
Suraxanı rayonu | 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanası | 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası | Əmircan qəsəbəsi, Tofiq Bayram küç. 2 | |
Xətai rayonu | 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | 1 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | Zığ qəsəbəsi, Zığ şosesi 36 | |
Yasamal rayonu | 30 nömrəli Şəhər Poliklinikası | 5 nömrəli Tələbə Poliklinikası | BDU, Zahid Xəlilov küç. 23 |