Mingəçevirdə mənzildən çürümüş insan meyiti aşkarlanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanındakı binada qeydə alınıb.
Çağırış əsasında ünvana baxış keçirən FHN-in xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar.
Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Hacıyev Zakir Zülfü oğluna məxsusdur.
Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z.Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Qonşuları bildirib ki, ondan 10 gündür xəbər almayıblar.
Blokdan pis qoxu gəldiyini hiss edən qonşular aidiyyatı orqanlara məlumat veriblər.
Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan mərhum mənzildə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.