“Qarabağ” səfərdə Portuqaliya kubunu darmadağın edib.

Heftelik.az-ın məlumatına görə, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabda önə keçib.  Abdullah Zubir adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Olavio Juninyo fərqlənib.  69-cu dəqiqədə isə  Abdullah Zubir yenidən səhnəuə çıxıb.   90+1-ci dəqiqədə meydan sahiblərinin heyətində Joau Moutinyu penaltidən fərqlənməklə fərqi bir qədər azaldıb. “Braqa” bundan artığını bacarmayıb.

Bununla da “Qarabağ” “Braqa”nı 4:2 hesabı ilə məğlub edib.

***

saat 00.58

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Heftelik.az-ın məlumatına görə, tərəflər fasiləyə bərabərliklə yollanıblar – 1:1

21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.