Azərbaycana idxal olunan avtomobillərin qiymətində artım olacaq.
Heftelik.az-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakupost.az -a deyib.
Eldəniz Cəfərov bildirib ki, ölkəyə gətirilən köhnə avtomobillər isə ən azı 5 faiz bahalaşacaq: “Avtomobillərin qiymətinin bahalaşmasına səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir. Utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədi ilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. Yəni artım 3-5 faiz olacaq”.
Ekspert qeyd edib ki, hazırda iri avtomobil sənayeçiləri qiyməti artırırlar. Bunu onunla əlaqələndirirlər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib. Bu səbəbdən də yay aylarında avtomobillərin qiyməti bahalaşacaq.