Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada həbs olunub.
Heftelik.az-ın əldə etdiyi məlumata görə, ötən gün Rusiyanın Leninqrad vilayətinin Qatçina şəhərində polis əməkdaşları 45 yaşlı Azərbaycan Respublikası vətəndaşını saxlayıblar.
Həmin şəxs narkotik vasitələrin qanunsuz saxlanmasına görə federal və beynəlxalq axtarışda olub.
Məlumata əsasən, 2022-ci il oktyabrın 7-də Azərbaycanın Cəlilabad rayonunun Bədirli kəndində ona məxsus 10 kiloqram marixuana tapılıb.
Barəsində cinayət işi açılsa da 45 yaşlı şəxs Azərbaycanın hüquq-mühafizə orqanlarından qaça bilib.
Polis məlumatına görə, o 2023-cü ilin noyabrında Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Rusiya polisi artıq azərbaycanlı həmkarlarına axtardıqları şəxsin tutulması barədə məlumat veriblər.