Ayrı-ayrılıqda duran bünövrələr üzərində yerləşən sütunların yükdaşıma qabiliyyəti yer səthi deformasiyalarından yaranan yüklərin qəbulu üçün kifayət deyilsə və sonradan sütunların gücləndirilməsi və ya bina hissələrin uzunluqlarının azaldılması məqsədəuyğun sayılmayan hallarda bünövrələr arasında bir və ya iki səviyyədə rabitə-dayaqların qurulması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İki səviyyədə rabitə-dayaqların I, Iк-IIIк qrup işlənmiş ərazilərdə tətbiqi məqsədəuyğundur.