Kreditor borclarının inventarizasiya olunarkən komissiya həmin öhdəliklərin sənədlərinə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Kreditor borcları inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin həmin öhdəliklərin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən kreditor borcları, komissiya tərəfindən onların lazımi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən kreditor borcları mühasibat uçotu subyektinin balansına daxil etmək məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.