Müştərilərin hüquqları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Müştərilərin aşağıdakı hüquqları var:
– özləri barəsində informasiya sistemində olan məlumatı əldə etmək;
– informasiya sistemində özləri barədə məlumatlardan istifadə halları barədə məlumatı əldə etmək;
– informasiya sistemində özləri barədə məlumatlarda uyğunsuzluq aşkar etdikdə bu barədə sahibə məlumat vermək və/və ya informasiya sisteminin istifadəçisindən müvafiq məlumatlarda dəyişiklik aparılmasını və ya ləğv edilməsini tələb etmək.
İnformasiya sistemində məlumatların toplanılması və işlənilməsi üçün müştərinin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənilməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər.