Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri Fikrət Məmmədov olub.