Siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıldıqda, bu barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Həmin məlumatda hərbi vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir.