Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək Azərbaycan Respublikası Prezidentinin Fərmanına (bundan sonra – hərbi vəziyyət barədə Fərman) əsasən dayandırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.