İşə baxılması yerinin dəyişməzliyinə aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Azərbaycan Respublikası məhkəməsi tərəfindən səlahiyyət qaydalarına əməl edilməklə icraata qəbul edilmiş iş, sonradan tərəflərin vətəndaşlığının, yaşayış yerinin və ya adətən yerləşdiyi yerin dəyişməsi ilə əlaqədar və ya digər hallarda başqa dövlətin məhkəməsinə aid olsa da, mahiyyəti üzrə həll edilir.