Prezident ayın 14-də andiçmə mərasimində qeyd elədi ki, Azərbaycanda yeni bir dövr başlayır.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat Baş nazir vəzifəsini icra edən Əli Əsədovdan bu dövrün özünü nədə ehtiva edəcəyini və nədə göstərəcəyini soruşub: “İkincisi, hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa, hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də “quru sərhədləri nə vaxt açılacaq” sualına aydınlıq gəlməlidir. Məsələn, insanların Gürcüstana gedib öz qohumlarını ziyarət edə bilməsi üçün…”