Kreditor borclarının necə inventarizasiya edildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan kreditor borclarının qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
– əmlakın (qiymətlilərin) uçot kartları;
– öhdəliklər üzrə uçot kitabı.
Mühasibat uçotu subyekti tərəfindən kreditor borclarının inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
– malsatan və podratçılara qısamüddətli və uzunmüddətli kreditor borcları;
– törəmə (asılı) müəssisələrə qısamüddətli və uzunmüddətli kreditor borcları;
– əməyin ödənişi üzrə işçi heyətinə olan borclar;
– dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları;
– icarə üzrə qısamüddətli kreditor borcları;
– tikinti müqavilələri üzrə qısamüddətli və uzunmüddətli kreditor borcları;
– faizlər üzrə qısamüddətli və uzunmüddətli kreditor borcları;
– digər qısamüddətli və uzunmüddətli kreditor borcları.