Ləğvetmə komissiyasının vəzifələrindən biri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində qeyri-kommersiya qurumunun dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müşayiət məktubu ilə aşağıdakı sənədləri (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə) təqdim etməlidir:
– ləğvetmə balansı;
– qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı;
– qeyri-kommersiya qurumu ləğv edildikdə onların borclarının ödənilməsindən sonra qalan əmlakın nizamnamələrində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilməsini təsdiq edən sənəd;
– qurumun qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür;
– fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış.