Valyuta əməliyyatları barədə vahid informasiy sistemində istifadəçilərin, iştirakçıların və müştərilərin qeydiyyatını aparmaq və onlara bu Əsasnamədə nəzərdə tutulmuş qaydada informasiya sisteminə çıxış imkanlarını təmin etmək informasiya sistemi sahibinin (Mərkəzi Bank) vəzifələri sırsındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında informasiya sistemindəki məlumatların aktuallığını, etibarlılığını, mühafizə edilməsini, habelə onların ehtiyat surətlərinin, həmçinin qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq məqsədilə sahibinin, istifadəçinin, iştirakçının və müştərinin sistemə girişi, eləcə də məlumatların daxil edilməsi, dəyişdirilməsi və ləğv edilməsi barədə məlumat tarixçələrinin (loqların) saxlanılmasını və qorunmasını təşkil etmək də var.