Azərbaycanda tələb olunan su resurslarının miqdarının təxminən 7-8 dəfə çox olmasına baxmayaraq, ölkəmiz su qıtlığı ilə üzləşmə riski olan dövlətlər sırasında 18-ci yerdədir. Belə ölkələrin sayı 33-dür.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib. Deputat bildirib ki, su itkilərinin qarşısının alınması haqqında xüsusi düşünmək lazımdır: “Bu gün obrazlı desək, su müharibələrinin başlanması ehtimalı böyükdür. Bəlkə də belə müharibələr və münaqişlər baş verir. Bu gün qlobal müstəvidə su resursları uğrunda ciddi mübarizə gedir”.