Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. O, Azərbaycanın demokratik , hüquqi və dünyəvi dövlət yolunda inkişaf etməsinə töhfələrini vermişdir. Onun rəhbərliyi ilə ölkədə sosial-iqtisadi islahatlar daha da sürətlənmişdir. Yeni iş Yerləri açılmış , vətəndaşların sosial rifahı xeyli yaxşılaşmışdır.
İlham Əliyev Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirərək ölkəmizin iqtisadi qüdrətini beynəlxalq nüfuzunu xeyli artırmışdır. Bu, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə təkan vermişdir.
Azərbaycan beynəlxalq iqtisadi əlaqələrində neft-qaz amili əsas rol oynamışdır. Bütün çətinliklərə , ağlasığmaz maneələrə baxmayaraq strategiyamız Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2013-cü ildə Avropa dövlətləri ilə “XXI əsrin müqaviləsi “ adlandırılan müqavilə imzalandı. Bu müqavilə Azərbaycanın neft-qaz strategiyasında yeni dövrün başlanğıcını qoydu. Azərbaycan enerji ehtiyatlarına görə dünyada geosiyasi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin apardığı xarici siyasət Azərbaycanın milli maraqlarına uyğun olaraq beynəlxalq aləmdə ölkənin mövqeyinin möhkəmlənməsinə və ərazi bütövlüyünün təmin olunmasına yönəlmişdir. Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsi və Qarabağ ətrafı ərazilərin Ermənistan işğalı altında olması xarici siyasətdə çevik olmağımızı məcbur edirdi. Prezidentin göstərişi ilə 2004-cü ildən informasiya müharibəsində müdafiədən “hücüm diplomatiyası”na keçilməsi vəzifəsi irəli sürüldü .
İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların bütün sammitlərində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında , ermənilərin işğalçılıq mövqeyinin ifşa olunmasında böyük xidmətlər göstərmişdir. O , Davos İqisadi Forumu, Münhen Təhlükəsizlik, Valday Diskussiya Klubu və digər beynəlxalq konfranslarda, iclaslarda Azərbaycanın ərazi bütövlüyünün ermənilər tərəfindən pozulduğunu və bununla barışmayacağımızı iştirakçıların diqqətinə çatdırmışdır. Azərbaycanın həmişə sülh tərəfdarı olduğunu ,torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağı təqdirdə müharibə yolunda istisna edilmədiyini bir daha vurğulamışdır.
2015-ci ildə Münhen Təhlükəsizlik konfransında iştirakı zamanı erməni nümayəndəsi Azərbaycan tərəfini haqsız vəziyyətə salmaq istəyəndə Cənab Prezident İlham Əliyev ağıllı və uzaqgörən diplomatik bacarığı ilə baş verən proseslərin kökündə onların dayandığını işğalçı olmalarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Nəhayət, gözlədiyimiz fürsət yetişdi. 2020-ci il sentyabrın 27-də ermənilər yenidən təxribat törətmək istədi . Ancaq şanlı Azərbaycan Ordusu təxribatlarının qarşısını alaraq uğurlu əks hücum əməliyyatlarına başladı. Həmin gün xalqa müraciət edən Ali Baş Komandan artıq təxribatlara dözməyəcəyimizi və işğal altında olan torpaqlarımızı azad edəcəyimizi elan etdi. 2020-ci il noyabrın 10-a qədər davam edən hərbi əməliyyatlar Azərbaycan Ordusunun rəşadəti , cənab Prezidentin uzaqgörən , diplomatik bacarığı sayəsində qələbə ilə nəticələndi və doğma Qarabağımız işğaldan azad edildi.
İlham Əliyev həm də böyük qələbəmizin komandanı kimi tariximizə adı düşdü.
Beləliklə , İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili islahatlar , müdrik və uzaqgörən xarici siyasəti nəticəsində dünyada geosiyasi mövqeyi möhkəmlənən Azərbaycan bu yolda uğurla addımlayır.
Xalqımızın tarixində yeni dövr başlayır. Biz bu dövrə bütöv Azərbaycan olaraq daxil olmaq. Bütün bunlara görə isə Ulu Öndərin layiqli davranışı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Atalar düz söyləmişdir: “Ot kökü üstə bitər”
Müzəffər Ali Baş Komandanımız , cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevə ölkəmizin inkişafı , xalqımızın rifahı naminə fəaliyyətdə uğurlar!!!!!!!!
Tahirə Abbasova
Nəsimi rayonu 54 nömrəli tam
orta məktəbin tarix müəllimi