Pilləkən qəfəsəsinin divarlarının binanın (hissəsinin) fəza sərtliyini təmin edən sərtlik bloku kimi istifadə olunmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Örtükdə avadanlıq və kommunikasiyalar altında boşluqların ölçüləri üfüqi müstəvidə onların qarşılıqlı yerdəyişmələrinin mümkünlüyü nəzərə alınmaqla təyin olunmalıdır. Dağ-mədən işlənməsi prosesində avadanlıqların düzəldilməsi mümkünlüyü nəzərə alınmalıdır.