Şam gövdə nematodunun (Bursaphelenchus xylophilus), Asiya və Çin uzunbığ böcəklərinin (Anoplophora glabripennis və Anoplophora chinensis) yayıldığı ölkələrdən gətirilən ağac qablaşdırma materialları markalanmış olduqda, o cümlədən sirayətlənmə əlamətləri müşahidə edildikdə, fitosanitar ekspertizaya cəlb olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Qablaşdırma materialı kimi karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı ola bilən ot-alaf, küləş, ağac yonqarı, yarpaq və oxşar bitki mənşəli materiallardan istifadə olunması qadağandır.