“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna uyğun olaraq qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəlikləri və ya filialları fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər.