Saxlanılma müddəti bitmiş sənədlər məhv edilir və bu barədə akt tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Qurumun arxiv sənədləri tapılmadıqda və ya itmiş olduqda, həmin sənədlərin bərpası üçün tədbirlər görülür. Bu məqsədlə təsisçilərdə olan qurumun qeydiyyata alınmış nizamnaməsinin (və ya əsasnaməsinin), şəhadətnaməsinin və s. təsis sənədlərinin notariat qaydada təsdiq edilmiş surəti alınır.