Qapalı üsulla tikinti yeraltı qurğuların tikintisinin onun üzərində yer səthini qazmadan aparılması metodudur.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

İşlənmənin təsir zonası hüdudlarından kənarda ətraf tikinti obyektlərin istismar yararlığına və etibarlığına mənfi təsirlərin əhəmiyyətsiz olduğu sahədir.

Yer səthinin yerdəyişmə muldası ərazinin işlənməsi nəticəsində yerdəyişməyə məruz qalan yer səthinin sahəsidir. Astar konstruksiyası dağ-mədən qazmalarını bərkidən və onun daxili səthini yaradan daimi konstruksiyadır.