Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş ikitərəfli görüşündə müzakirə olunan məsələlər də məlum olub.
Görüşdə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edilib.
***
saat 13.57
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.
Heftelik.az-ın məlumatına görə, görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutur və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.