Ölkəmizdə 4204 qəbiristanlıq var, onların 3268-i bələdiyyələrə təhvil verilib.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O bildirib ki, 900-dən çox qəbiristanlıq təhvil verilməyib: “Bu da bəzi çətinliklərlə bağlıdır. Bəzi qəbiristanlıqların sənədləri olmadığı üçün bu iş gecikir. Bəzi rayon icra hakimiyyətlərində də bununla əlaqədar komissiya yaradılsa da, bu komissiyaların işi dayandırılıb. Amma bu işlər davam edəcək, qəbiristanlıqlar bələdiyyələrə təhvil veriləcək”.