Bina və qurğular təsirə tabeli konstruktiv sxem üzrə layihələndirildikdə nələr edilməli olduğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Bina və qurğular təsirə tabeli konstruktiv sxem üzrə layihələndirildikdə konstruksiyalarda əlavə qüvvələr yaranmadan onların yer səthinin qeyri-bərabər deformasiyalarına uyğunlaşdırılması mümkünlüyü aşağıdakıların hesabına nəzərə alınmalıdır:

– yükdaşıyan və xarici divar konstruksiyaların elementləri arasına oynaq və təsirə tabeli rabitələr daxil etmək;

– yükdaşıyan konstruksiyaların sərtliyinin azaldılması;

– çevik qoyma element və kompensasiya konstruksiyalarının daxil edilməsi;

– birləşdirilən konstruksiyalar arasında aralıqların böyüdülməsi;

Göstərilən bu tədbirlər tətbiq edildikdə, aşağıdakılar təmin olunmalıdır:

– əsasın deformasiyalarında konstruksiya elementlərinin kifayət qədər oturma sahəsi;

– konstruksiyanın qarşılıqlı yerini dəyişən ayrı-ayrı elementlərinin düyün birləşmələrinin hava və sukeçirməzliyi;

– əsasın deformasiyalarında konstruksiya elementlərinin dayanıqlılığı.