Bina və qurğuların möhkəmliyinin və normal istismarının təmin olunması üzrə tədbirlər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

İsladılması mümkün olan batan qruntlarda bina və qurğuların tikintisi üçün layihələndirmə aşağıdakı tədbirlərdən birinin tətbiq olunması ilə həyata keçirilməlidir:

  1. a) qruntların batma xassələrinin aradan qaldırılması:

– batmaya görə I növ qrunt şəraiti olan meydançalarda – ağır toxaclama ilə qruntların dərin sıxlaşdırılması, qrunt yastıqların yaradılması, çala dibinin sıxlaşdırılması, qruntların bərkidilməsi;

– batmaya görə II növ qrunt şəraiti olan meydançalarda – qrunt svaylarla dərin sıxlaşdırılma, əvvəlcədən isladılma, o cümlədən dərin partlayışlar, qrunt qalınlığının vurma, qazma svaylarla, bərkimiş qrunt dirəklərlə armaturlanması.

  1. c) aşağıdakılar daxil olmaqla kompleks tədbirlərlə:

– batmaya görə I növ meydançalar üçün yuxarıda göstərilənlərə analoji  zonası hüdudlarında qruntların batma xassələrinin aradan qaldırılması;

– bütün batma qalınlığında intensiv islanmadan və öz çəkisindən qruntun tam batmasının əmələ gəlməsinin aradan qaldırılması, sudaşıyan kommunikasiyanın vəziyyətinə nəzarət, islatma mənbələrinin vaxtında aradan qaldırılmasının təmin olunması və əsas qruntlarının islanma ehtimalının azaldılması məqsədi ilə yerinə yetirilən digər su mühafizə tədbirləri;

– sərt bina və qurğuların möhkəmliyinin artırılmasına və ya çevik konstruksiyalı bina və qurğuların təsirə tabeliyinin böyüdülməsinə, əsas qruntunun qeyri-bərabər deformasiyasının yaranması hallarında bina və qurğuların normal istismar olunmasına yönələn 6.4-cü bənddə göstərilən konstruktiv tədbirlər.