Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin hüquqları sırasına nazirliyin sistemində yeni qurumların yaradılmasına, mövcud qurumların ləğv edilməsinə və yenidən təşkilinə, onların strukturuna və ştat vahidlərinə dair əsaslandırılmış təkliflər vermək və ədliyyə orqanlarında korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması üzrə tədbirlərin görülməsində iştirak etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Digər dövlət orqanlarının ədliyyə sahəsi ilə bağlı fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək, xüsusi əhəmiyyətli və mürəkkəb məsələlər üzrə komissiyalar və işçi qrupların yaradılmasına dair təkliflər vermək, statistik hesabat formalarının təkmilləşdirilməsi üçün təkliflər vermək və regional ədliyyə idarələrinin iş planlarının layihlərinə dair müvafiq təklif və tövsiyələr vermək də bu hüquqlar sırasındadır.