TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.
TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.
Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.