Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi nazirliyin aparatının müstəqil struktur qurumudur.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – nazirlik) kollegiyasının qərarlarını, nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. Baş idarə fəaliyyətini nazirliyin sisteminə daxil olan qurumlar, Məhkəmə-Hüquq Şurası, məhkəmələr və digər dövlət orqanları ilə əlaqəli həyata keçirir. Baş idarə müvafiq ştamplara malikdir.