Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi tikinti təşkilatında təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, bu sahədə tədbirlərin keçirilməsinə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyasının mövcud qanunvericiliklərinə, təliamtlarına, norma və qaydalarına riayət olunmasına, əmək şəraiti üzrə işçilərə, qəbul edilmiş güzəştlərin və müavinətlərin verilməsinə nəzarəti həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi tikinti meydançalarında və iş yerlərində əmək şəraitinin öyrənilməsinin, qoruyucu qurğuların texniki vəziyyətinin yoxlanmasını təşkil edir. Daha mükəmməl çəpərləyici texnikanın və digər mühafizə vasitələrinin konstruksiyalarının tikinti meydançasında nəqliyyatın və piyadaların təhlükəsiz hərəkət marşrutunun işlənməsində və tətbiqində laboratoriyanın iştirakını təmin edir. Tikinti təşkilatlarında əmək şəraitinin yaxşılaşdırılmas üzrə illik və perspektiv planların işlənməsində iştirak edir. Tikinti təşkilatlarının işçiləri ilə təhlükəsizlik texnikası üzrə ilkin təlimatın aparılmasını təmin edir, bölmələr üzrə təhlükəsizlik texnikası və əməyin mühafizəsi dair tədbirlərin xərclər smetasının tərtibinə, xüsusi keyimə, ayaqqabıya və digər fərdi qoruyucu vasitələrinə (eynək, başlıq və s.) xüsusi qidalanmaya, qoruyucu və müdafiə qurğularına sifarişlərin düzgün tərtib olunmasına nəzarət edir. Əməyin mühafizəsinə ayrılmış vəsaitin xərclənməsinə nəzarəti həyata keçirir. Bölmələrə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qüvvədən düşmüş təlimat və yaddaş kitabçalarının yenidən baxılmasında və yenilərinin işlənməsində, həmçinin işçiləri təhlükəsiz metodla işləməyi öyrədən proqramın tərtibi üzrə metodiki kömək göstərir.