Konstruktor şöbəsinin rəisi eyni tipli seriyalı yaşayış evlərinin konstruksiyasının təkmilləşdirilməsi, istehsalat bazasının genişləndirilməsi, müvəqqəti bina və qurğuların tikintisi ilə əlaqədar olam layihə və konstruktor işlərinin yerinə yetirilməsini təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda konstruktor şöbəsinin rəisi eyni tipli layihələrdə olmayan ayrı-ayrı layihə həllərinin işlənməsinə, daha mütərəqqi konstruksiyaların, texnoloji proseslərin proseslərin, həcmi bölgü (plan) məsələlərinin tətbiqi ilə əlaqədar eyni tipli layihələrdə dəyişikliklərin olunmasını təşkil edir. Təkmilləşdirilmiş konstruksiya və yeni tipli binaların istehsalına keçməyə hazırlıq üzrə layihə təkliflərinin işlənməsini həyata keçirir. Formalar, ləvazimatlar, mexanizmlər, qurğular və digər qeyri-standart növ avadanlıqlar üzrə layihə, konstruktor işlərinin yerinə yetirilməsini təmin edir. Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricələrə köməyin göstərilməsində iştirak edir. Yeni texnika, texnologiya və yeni konstruksiyaların planlarının və tətbiqinin işlənməsində, layihə təşkilatları tərəfindən kombinatlar üçün işlənən layihələrin baxılmasında və təsdiq olunmasında iştirak edir.