Geodezist layihə sənədlərinin, həndəsi parametrlərin dəqiqliyinə aid tələblərinin pozulması nəticəsinə bina və qurğuların qəzaya (avariyaya) uğramaq təhlükəsi haqqınla işlərin ümumi jurnalında qeydlər aparmaqla, təcili tikinti idarə rəhbərliyi xəbərdar edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda geodezist başa çatmış tikinti obyektlərinin təhvil verilməsində istifadə edilən lazımi icra sənədlərini tərtib etməklə, vaxtlı-vaxtında icra çəkilişlərini, o cümlədən açıq xəndəklərdə yeraltı kommunikasiyaların çəkilişlərini keçirir. Xətti istehsalat heyəti tərəfindən həndəsi parametrləri dəqiqliyinə riayət olunmasına seçmə üsulla nəzarət edir. Geodeziya cihaz, xətti ölçü vasitələrinin vəziyyəti, onların düzgün saxlanma və istismarına nəzarət edir. Başa çatmış tikinti obyektlərinin sifarişçiyə təhvil verilməsində iştirak edir. Tikinti meydançasında qəbul edilmiş geodeziya nişanlarının qorunması üçün müşahidə aparır. Bölgü işlərini yalnız işlərin istehsalat layihəsi və “işlərin istehsalı üçün” icazə olduqda yerinə yetirir.