Plan-xəbəredici təmir sahəsinin rəisi sahədə əməyin təşkilini, normalaşdırılmasının, ödənilməsinin və həvəsləndirməsinin mütərrəqqi üsullarını tətbiq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda plan-xəbəredici təmir sahəsinin rəisi inşaat maşın və avadanlıqlarını hazırlayan zavodlara, onların keyfiyyəti üzrə reklamasiyalar təqdim edir, hər hansı bir maşın üzrə alınan rədd cavablarının, texniki istismara sərf olunan xərclərin uçotunun aparılmasını, habelə keyfiyyətin idarəolunmasının kompleks sisteminin tətbiqini, istehsalatın pasportlaşdırılmasını təşkil edir. Maşınların və onların işçi avadanlıqlarının, yığma hissələrin və detalların iş şəraitini öyrənir və mexanikləşdirmə idarəsinin aparatına, onların etibarlılığının artırılması üzrəü təkliflər göndərir. Kadrların seçilməsi, briqada və manqaların tərkiblərinin lazımi say və peşələr üzrə təşkil olunması işində iştirak edir. Əmək kollektivində qarşılıqlı kömək və tələbkarlıq şəraiti yaradır, tabeçiliyində olan heyətdə plan tapşırıqlarının yerinə yetirilməsinə və əməyin səmərəliliyinin yüksəldilməsinə aid məsuliyyət hissini artırır. Onların peşəkar ustalıqlarının artmasında iştirak edir, habelə ixtisaslarının artmasını və ikinci etibarlı peşənin əldə edilməsini təşkil edir.