Tikinti və quraşdırma işləri üzrə usta texnoloji ləvazimatların (avadanlıqların) (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq-konduktor və digər quryular) tiinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələrinin və işçilərin, qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda tikinti və quraşdırma işləri üzrə usta ağır yüklərin daşınmasında, normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xebərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir. İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid öz magistrala çıxan yollarda təmizliyə və qayda-qanuna riayət edilməsini, kranaltı yolların düzgün saxlanılmasını və istismar edilməsini təmin edir, hər gün işə başlamazdan əvvəl təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görür, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında fəhlələrlə müntəzəm söhbətlər aparır.