Yardımçı kənd təsərrüfatı şöbəsinin rəisi yardımçı kənd təsərrüfatının təşkilatı-təsərrüfatının fəaliyyətinə rəhbərlik edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda yardımçı kənd təsərrüfatı şöbəsinin rəisi kənd təsərrüfatı məhsullarının istehsal və təhvili üzrə plan tapşırıqlarının hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsini təmin edir. Əmək ehtiyatları, torpaq sahələri, bina, qurğu, istehsalatın texniki və digər vasitələrinin səmərəli istifadəsini təmin edir. Əməyin elmi təşkilinin, istehsalatın mütərəqqi texnologiyasının, qabaqcıl üsulların kənd təsərrüfatı bitkilərinin becərilməsində, yüksək məhsuldarlı kənd təsərrüfat bitki növlərinin və cins heyvanlarının yetişdirilməsini, elmi əsaslandırılmış gübrə vermə sisteminin tətbiqini təşkil edir. Məhsul istehsalında əmək, material və pul vəsaitinin qənaət olunmasına nail olur. Yardlımçı təsərrüfatın istehsalat fəaliyyəti üzrə, planlaşdırma, uçot və müəyyən edilmiş hesabatın tərtibini təşkil edir.