Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.

“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”, – deyə Ruzbeh Məmməd qeyd edib.

Xatırladaq ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.