Ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) nəqliyyat şöbəsinin rəisi obyektlərə tikinti materialları, konstruksiya və detalların vaxtlı-vaxtında və komplektləşmiş çatdırılması, nəqliyyat vasitələrindən səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının artırılması, maya dəyərinin azaldılması, daşınmanın rentabelliyinin artmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) nəqliyyat şöbəsinin rəisi yükləmə-boşaltma və nəqliyyat işlərinin təşkilini, bu işlərin mexanikləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsini və yükləmə-boşaltma vaxtı nəqliyyat vasitələrinin boşdayanmasının azaldılmasını yerinə yetirir. Yükdaşınma həmçinin, nəqliyyat vasitələrinə kəmiyyət və nomenklatura üzrə tələbatı və bu tələbatın özünün və kənardan cəlb edilən nəqliyyatın hesabına təminatını müəyyən edir. Müəyyən edilmiş göstəricilərin əsasında yükdaşınma və avtonəqliyyat işlərinə aid illik və rüblük tapşırıqların hazırlanmasında iştirak edir. Nəqliyyat vasitələrinin paylaşdırılmasına və onlardan istifadə edilməsinə operativ nəzarəti yerinə yetirir.