Əgər işlənmədən yer səthinin deformasiyalarının ayrı-ayrı növləri müxtəlif vaxtlarda özlərinin maksimal qiymətlərinə çatırsa, onda konstruksiyanın işi üçün hesablama qüvvəsi bu deformasiyaların ayrı-ayrı növlərinin hər birindən yaranan ən əlverişsiz qüvvələr birləşməsi kimi qəbul olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Qurğu konstruksiyalarında qüvvə və deformasiyaları müəyyənləşdirmək üçün istifadə olunan hesablama sxemləri qurğuların həqiqi iş şəraitini və onların əsası ilə qarşılıqlı əlaqəsini məqsədəuyğun dərəcədə dəqiq əks etdirməlidir. Zəruri olan hallarda hesablama sxemləri konstruksiyanın fəza işini, həndəsi və fiziki qeyri-xətliliyi, həmçinin materiallarının sürüklənməsini nəzərə almalıdır.