“Qurğuların texniki istismarı” (QTİ) bölümünə dair tələb açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Batmaya görə II növ qrunt şəraitində öz çəkisindən qruntun batması mümkün olduqda layihə sənədlərinin tərkibinə bina və qurğuları istismar edən təşkilat üçün aşağıdakı göstərişləri əhatə edən “Qurğuların texniki istismarı” (QTİ) bölümü daxil edilməlidir:

– tikintisi (rekonstruksiyası) başa çatmış qurğunun istismara qəbul edilməsində əlavə tələblər haqqında;

– yükdaşıyan və xarici divar konstruksiyaların vizual müayinəsinin sistemli olaraq aparılması haqqında;

– daxili və xarici su şəbəkələrinin, su və müxtəlif məhlullar üçün tutumların vəziyyətlərinə sistemli nəzarət haqqında;

– nəmli texnoloji proseslər olan sahələrdə qruntların rütubətliyinə, həmçinin sudaşıyan kommunikasiyaların giriş və çıxış nöqtələrinə mütəmadi müşahidələrin aparılması haqqında;

– su sızması aşkar olan hallarda onların operativ ləğvi tədbirlərin vacibliyi haqqında.