İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi İstehsalat-kompektləşdirmə sahəsinə daxil olan yükün həcminin, növünün və qorunmasının nəzarətini və material ehtiyatlarının qəbulunu təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi material ehtiyatlarının daxil və xaric olunmasına (hərəkətinə) nəzarət edir. Anbar təsərrüfatının səmərəli təşkili, maddi-texniki ehtiyatların səmərəli yerləşdirilmə və saxlanmasını təmin edir. Sahə üçün işçilərin seçilməsi, onların yerləşdirilməsi və məqsədə uyğun imtifadəsini təmin edir. Sahənin istehsalat fəaliyyətinin planlaşdırılmasını, uçotunu və bu haqda hesabatın tərtib olunmasını təşkil edir. Materialların və əmək, haqqı fondunun qənaətlə istifadə olunmasına aid tədbirlər işləyib hazırlayır. Sahənin kollektivi tərəfindən əməyin mühafizəsi üzrə qaydaların yerinə yetirilməsinə nəzarət edir.  Sahədə baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak edir. Səmərələşdiricilərə kömək edir, mütərəqqi təcrübələrin sahədə yayılmasına şərait yaradır.