Hər zaman Türkiyədə olarkən Türkiyədə gedən genişçaplı inkişafı izləyirəm və buna çox sevinirəm.
Heftelik.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Bir daha görürəm ki, əziz qardaşımın səyləri nəticəsində qardaş Türkiyə yeni zirvələri fəth edir. Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə sülhün və işbirliyinin qarantıdır”, – Prezident əlavə edib.