Bu gün Türkiyədə 4.3 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 12.23-də baş verən qeydə alınan zəlzələnin ocağı Malatyanın Doğanşehir rayonunda, 17.7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.