Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.
Heftelik.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib.
Ataya 128-ci maddə ilə cinayət işi açılıb. Uşaq və ananın təhlükəsizliyi də təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:
“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında atanın övladına qarşı fiziki şiddət göstərdiyinə dair görüntülər yayılıb.