Azyaşlı qızına fiziki şiddət göstərən Elnur Məmmədov həbs edilib.
Bu barədə Heftelik.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib k, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün DİN-nin yaydığı məlumatda bildirilmişdi ki, sosial şəbəkədə fiziki şiddət göstərən ata ilə bağlı yayılan görüntülər araşdırılıb və əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Qeyd edilmişdi ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.