Batma qalınlığını tam kəsilərək keçilməsini təmin edən svay bünövrələr, sıxlaşdırılmış, bərkidilmiş, armaturlanmış massivlər, dərinə qoyulmuş bünövrələr tətbiq olunduqda mənfi sürtünmə qüvvələrindən onlara təsir edən əlavə yüklər nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Batan qruntlarda əsasın və qurğunun birgə deformasiyası aşağıdakılara əməl olunması ilə təyin olunan həddi qiymətləri aşmamalıdır:

– qurğunun deformasiyalarına aid texnoloji və ya memarlıq tələbləri (layihə səviyyələrinin və qurğunun bütövlükdə vəziyyətinin təmin olunmasına tələblər, liftlərin, kran avadanlıqlarının, elevatorların qaldırıcı qurğuların normal işləməsi və s. daxil olmaqla) – ;

– qurğunun ümumi dayanıqlılığı daxil olmaqla, konstruksiyanın möhkəmliyinə, dayanıqlılığına və çatadavamlılığına aid tələbləri – .