Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin hüquqları sırasına bütün ədliyyə orqanlarından və müvafiq məhkəmələrdən məlumatlar, sənədlər, arayışlar almaq, onlara və digər təşkilatlara sorğular vermək və nazirliyin rəhbərliyinin tapşırıqları əsasında və ya müvafiq sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə yoxlama, təftiş və monitorinqlər həyata keçirmək, habelə bu məqsədlə müxtəlif monitorinq qrupları yaratmaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək, müvafiq monitorinqlərin keçirilməsini regional ədliyyə idarələrinə tapşırmaq, ədliyyə işçiləri tərəfindən yol verilən pozuntuları təhlil etmək, onların baş vermə səbəblərinin aradan qaldırılması üçün təkliflər vermək və müvafiq araşdırma zamanı aidiyyəti işin əslini, ona aid olan materialları, video və audio yazıları, habelə ədliyyə orqanlarının təhlükəsizlik kameralarının görüntülərini tələb və əldə etmək də bu hüquqlar sırasındadır.