Konstruktor şöbəsinin rəisi layihə həllərinin dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələləri, texnologiya və tədarükçü-zavodda materialların, inşaat konstruksiyalarının və mexanizmlərin olması ilə əlaqədar meydana çıxan konstruktiv dəyişikliklərin razılaşdırılması məsələləri üzrə layihə təşkilatları ilə əlaqəni yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda konstruktor şöbəsinin rəisi layihə-konstruktor sənədlərinin surətçıxarmasını, çoxaldılmasın, komplektləşdirilməsini, uçotunu, saxlanmasını və verilməsini təşkil edir. DBK zavodlarının konstruktor şöbələrinə texniki və metodiki rəhbərliyi, onların fəaliyyətinə nəzarəti həyata keçirir. Kollektiv və fərdi müqavilələrin işlənməsində və onların tədbirlərinin yerinə yetirilməsində iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Konstruktor şöbəsinin rəisi daxili və xarici məmulat nümunələrinin texniki xüsusiyyətlərini və iqtisadi göstəricilərini, cizgilərin və digər texniki sənədlərin işlənməsinə və tərtibinə dair standartları, metodikaları və təlimatları, işlənən konstruksiyalara qoyulan texniki tələbləri; layihələndirmənin avtomatlaşdırılması üsullarını, konstruksiyalandırma zamanı texniki hesablamaların aparılması metodlarını; layihə və konstruksiyalaşdırş zamanı əməyin elmi təşkilinin əsas tələblərini, texniki estetikanın və bədii konstruksiyalaşdırmanın əsaslarını, avtomatlaşdırılmış layihələndirmənin əsaslarını, oxşar məhsulun konstruksiyalaşdırmasının qabaqcıl milli və beynəlxalq təcrübəsini bilməlidir.