İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi rəhbər tutulan metodiki, normativ sənədləri, tikintinin maddi texniki təminatının və komplektləşdirilmənin təşkili və planlaşdırılmasını bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi operativ uçot və statistik hesabat sənədlərinin tərtib etmə qaydasını, yük qaldıran maşın və mexanizmlərinin, texnoloji avadanlıqların texniki xarakteristikalarını və istismar qaydalarını, iqtisadiyyatın, eləcə də əməyin, istehsalatın və idarəetmənin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.