İnşaat konstruksiyaların işinin qeyri-xətti amilləri – fiziki və konstruktiv qeyri-xətlilik, yüklənmənin dəyişmə xarakteri və s. kompleks şəkildə nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Konstruksiyalarda qüvvələrin qiymətinə təsir edən ayrı-ayrı amillərin təsiri etibarlı qiymətləndirilmədən hər hansı bir amilin birtərəfli nəzərə alınmasına yol verilmir.